Fərid İsmayılzadə 01 yanvar 1984-cü ildə Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1999-cu ildə İngilis Dili Təmayüllü Gimnaziyanı bitirdikdən sonra, Bilkənt Universitetində təhsil almaq üçün Türkiyəyə köçmüşdür. O, orada Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnmişdir. 19 yaşında, Bilkənt Universitetini fəxri tələbə kimi bitirdikdən sonra, Fərid dəyişiklik etmək qərarına gəlib və təhsilini ABŞ-ın Silikon Vadisində yerləşən San-Xose Dövlət Universitetində “Yüksək Texnologiyalar üzrə ixtisaslaşmış şirkətlərdə Biznesin idarə edilməsi” ixtisası üzrə davam etmişdir. Bu dövr ərzində Fərid dünyanın ən böyük tələbə-gənclər təşkilatı olan AIESEC təşkilatının San Xose filialının prezidenti olmuşdur. 2005-ci ildə məzun olduqdan sonra Fərid Nyu-Yorka köçmüş və AIESEC ABŞ-ın Biznesin İnkişafı üzrə meneceri olmuşdur. 2006-cı ildə o, Amerika şirkəti olan Silverkey Technologies-in Azərbaycan filialını təsis etmək üçün vətənə qayıtmışdır.

2007-ci ildə Fərid Azərbaycanın ilk onlayn ödəmə xidməti provayderi olan GoldenPay ASC-ni təsis etmişdir. Bu gün GoldenPay ASC ölkənin ən böyük onlayn ödəmə xidməti provayderidir. O, həmçinin Azərbaycanın ən böyük onlayn xidmətlər platforması olan “hesab.az”-ı təsis etmişdir. Fərid 2011-ci ildə Komtec şirkətinin Strateji İnkişaf üzrə baş direktoru olmuşdur. 2013-cü ildə, o, Bakcell üçün Azərbaycanda ən çox istifadə olunan sadiqlik proqramını quran eMobile şirkətini təsis etmişdir. 2018-2019-cu illərdə Azerconnect MMC-də İnnovasiyalar üzrə baş direktor vəzifəsində çalışmışdır

Fərid bir-sıra ictimai əhəmiyyət kəsb edən layihələrdə yaxından iştirak edir. O, AIESEC Azərbaycan təşkilatının Məsləhətçi şurasının sədridi və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin fəal üzvüdür. Fərid həmçinin ABŞ-ın Azərbaycandakı Ticarət Palatasında (AmCham) İKT Komitəsinin sədr müavini, sədri və 2013-2017-ci illər arasında idarə heyətinin üzvü kimi seçilmişdir.

2017-ci ilin noyabr ayından etibarən, AZINNEX- Azərbaycanın ən iri 10 IT şirkətinin konsorsiumunun Müşahidə Şurasının üzvüdür.

Technovate butik inkubasiya mərkəzi Fərid İsmayılzadə tərəfindən biznes ideyası olan və ya öz biznesini növbəti mərhələyə daşımaq istəyən sahibkar və startup-lara fürsət yaratmaq üçün təsis edilmişdir. Mərkəzin əsas missiyası 2023-cü ilədək Azərbaycandan olan dəyəri minimum 100 milyon ABŞ dolları ola biləcək qlobal potensiala malik ən azı bir startup çıxarmaqdır. Bu məqsədlə mərkəzə yalnız qlobal potensiala malik layihələr qəbul edilir. Fərid İsmayılzadə layihələri özü seçir və layənin hər aspektində iştirak edir. O, layihələri mələk investisiya ilə təmin edir, həmçinin öz resurslarını layihələrə ayırır. Technovate Butik İnkubasiya Mərkəzi öz biznesinizi irəlilətmək üçün dəstək və məkan təklif edir.

Startup-ınız var? Bu barədə bizə məlumat verin

Fayl +

Bizimlə bölüşmək istədiyiniz hər hansı bir əlavə fayl varsa, bura əlavə edin

(pitch deck, qısa təqdimat, biznes planı və s.)